
Y.Mehrəbəyliyə dəstək məqsədilə 20 güneyli qadın fəal mayın 4-də bəyanat yayaraq, aclıq aksiyasına başladıqlarını bildiriblər.
Qeyd edək ki, İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Y.Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edib. O, Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.