Ev / Xəbərlər / Güney Azərbaycan / Yeni GAMOH üzvlərinin kasasiya şikayəti rədd edilib

Yeni GAMOH üzvlərinin kasasiya şikayəti rədd edilib

İran adlanan yerin Ali Məhkəməsi Yeni GAMOH təşkilatının üzvlərinin barələrindəki ağır həbs cəzalarının ləğv edilməsi ilə bağlı kasasiya şikayətinə baxıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, məhkəmə azərbaycanlı fəalların etirazını rədd edərək aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyov) şəhərində, Behbud Quluzadəni isə fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq, onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək ötən ilin iyulunda bir aya yaxın aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də Təbriz şəhərinin mərkəzi həbsxanasından Kərəc şəhərinin Rəcayişəhr zindanına köçürülüblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera