Ev / Xəbərlər / Güney Azərbaycan / Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə bir milyon dollar vəsait ayırıb

Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə bir milyon dollar vəsait ayırıb

Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə 1 milyon dollar vəsait ayırıb. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu yardım İran adlanan yerin bataqlıqlarının qorunması üçün nəzərdə tutulub.

Qeyd edək ki, Urmiya gölü İran adlanan yerin Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran adlanan yerin rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera