Ev / Həmsədrlər / Müsahibələr / “Yanlış siyasət Türkiyəni acınacaqlı vəziyyətə salıb”

“Yanlış siyasət Türkiyəni acınacaqlı vəziyyətə salıb”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Türkiyədə iyrənc kampaniyalara imza atanlar ya solçulardır, ya da etniklər”

ImageTürkiyədə ”ermənilərdən üzr istəyirik” kampaniyasının ardınca ”kürdlərdən üzr istəyirik” kampaniyasına start verilib. Qardaş ölkədə müəyyən bir kəsim – hansı ki, onların əksərinin qanı qarışıqdır, türk deyillər – ermənilərdən üzr istəməklə bağlı kampaniyaya başlayanda həm Türkiyədə, həm də Azərbaycanda bir çox aydınlar bu prosesin durdurulması üçün sərt tədbirlər görülməli olduğunu bildirmişdilər. Onlar bununla bağlı Türkiyə hökumətinə səslənsələr də, hələlik rəsmilər hər hansı addım atmayıblar. Ehtiyat edilirdi ki, ermənilərin ardınca, Türkiyədə ”kürdlərdən üzr istəyirik” kampaniyası da başlaya bilər. Artıq bu gözləntilər özünü doğruldub. Bu kampaniyaların bir-biri ilə bağlılığı olub-olmaması məsələnin başqa tərəfidir. Diqqətçəkən odur ki, bütün bu oyunlar Türkiyəyə qarşı təxribatdır, Türk Dünyasını zəiflətməyə yönəlib. Əcaba, bu cür kampaniyalar genişlənməkdə davam edərsə, nə baş verə bilər?

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, əslində, bunlar bir sıra xarici dövlətlərin Türkiyədə oynadığı oyunlardır: ”Ermənilərdən üzr istəyirik” kampaniyası başlayan kimi, biz ”Təbriz gecələri”ndə ”ermənilər türklərdən üzr istəməlidir” kampaniyasına başladığımızı elan etdik. Hər halda biz bu kampaniyaya başlamışıq. Ermənilər 1905-ci ildən bu günədək törətdikləri faciələrə, soyqırımlara, Zəngəzuru, Göyçəni, Qarabağı işğal etdiklərinə görə Azərbaycan xalqından, türklərdən üzr istəməlidirlər”. DAK həmsədri qey etdi ki, ”ermənilərdən üzr istəyirik” adlı iyrənc kampaniyada iştirak edənlərin bəzilərini tanıyır: ”Ora aydınlar, ziyalılar adından imza atan adamların əksəri solçulardır, milli düşüncədən uzaq olan adamlardır. Digər qisim isə türk soyadı daşıyan ermənilər və digər etnik qrupların nümayəndələridir. Həmin sənədi xaricdə erməni diasporu hazırlayıb Türkiyəyə ötürmüşdü. çünki oradakı terminlər – ”böyük faciə” və sair – erməni diasporunun işlətdiyi sözlərdir. Heç şühbəsiz ki, kürdlərlə bağlı sənədi də kürd diasporu, yaxud da Türkiyədə rəsmi dairələrdə çalışan PKK yançıları hazırlayıb ortaya atıb. Mənim başqa bir ehtimalım yoxdur”. Millət vəkili söylədi ki, Türkiyədə aparılan bu kampaniyalar heç bir nəticə verməyəcək: ”Əksinə, onlar ermənilərin də, kürdlərin də ziyanına işləyəcək. Sadəcə, bu, indiki Türkiyə iqtidarının apardığı yanlış siyasətin nəticəsidir. O cür aparılan siyasət Türkiyəni bu vəziyyətə gətirib çıxarmalı idi. Yəni ölkədəki milli qüvvələrə təzyiqlər edilməsi, Ana Yasanın dəyişdirilməsi, ordunun zəiflədilməsi, Atatürk yolundan, ideyalarından sapdırmalar, demokratiya adı altında oynanılan digər oyunlar bugünki acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Əlbəttə, Türkiyənin milliyyətçi kəsimi, eləcə də Azərbaycan ziyalıları, Türk Dünyasına bağlı olan bütün insanlar bu məsələlərə biganə deyil, onlar bu məsələyə var güclərilə müqavimət göstərəcəklər” / Elşad Məmmədli, Yeni Müsavat /

Həmçinin bax!

DAK rəhbərliyi Şərqi Türküstanta baş verən hadisələrə münasibətini açıqlayıb

Sabir Rüstəmxanlı: ”Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq” ”Bu ilin payızında, inşallah, ...

Kommentera