Ev / Xəbərlər / Güney Azərbaycan / Urmu gölünün üçdəbiri quruyub

Urmu gölünün üçdəbiri quruyub

İran adlanan yerin Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru bildirib ki, Güney Azərbaycanda yerləşən dünyanın ən duzlu gölü olan Urmu gölünün üçdəbir hissəsi quruyub. www.D-A-K.org –a daxil olan məlumata görə, İran adlanan yerin hakim mühafizəkar düşərgəsinə yaxın olan Alef.ir saytına müsahibəsində Əli Nəzərdust deyib ki, regionda su sədlərinin tikilməsi, qeyri-elmi layihələr, yağış qıtlığı və digər amillər Urmu gölünün qurumasına səbəb olub. Qeyd edək ki, Urmu gölündə hazırda hər litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Bu gölün ərazisi 5 min kvadratmetrmiş, hazırda bunun üçdəbir hissəsi quruyub və şoranlığa çevrilib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera