Ev / Xəbərlər / Güney Azərbaycan / Urmiye Bilimyurdunda terrorizm əleyhinə aksiya keçirilib

Urmiye Bilimyurdunda terrorizm əleyhinə aksiya keçirilib

Ötən gün səhər saatlarında Urmiye Bilimyurdunda terrorizm əleyhinə etiraz aksiyası keçirilib. www.D-A-K.org –un “Oyannews”a istinadən məlumatına görə, onlarla tələbə İŞİD, PKK, PJAK terror təşkilatlarının əleyhinə piket keçirərək Əmirli, Kərkük, Telafer və Eyn-ül Ərəb (Kobani) insanları ilə həmrəylik nümayiş etdiriblər. Aksiyada “PKK qəhr olsun!”, “Ölüm olsun terroristə!”, “Yaşasın Kərkük!”, “Yaşasın Əmirli!”, “Ölüm olsun İŞİD-ə!”, “Ölüm olsun PKK-ya!”, Ölüm olsun PJAK-a!” kimi şüarlar səsləndirilib. Urmiye Bilimyurdunun tələbələrinin terrorizm əleyhinə keçirdikləri aksiyanın sonunda oxunan bəyanatda terror qruplaşmalarının bölgədə törətdikləri cinayətlər qınanılıb. Bəyanatda bildirilir:
“Biz Urmiye Bilimyurdunun tələbələri etnik, məzhəb və siyasi baxışımızdan asılı olmayaraq terror qruplaşmalarının törətdikləri cinayətləri qınayır, onların qurbanı olan bütün məzlum insanlarla həmrəy olduğumuzu bildirir, bölgədəki millətlərin, xüsusilə ali təhsil müəssisəsindəki insanların regionda baş verənlərə diqqət yetirmələrini istəyirik”.
Qeyd edək ki, bu il iyunun 21-də də Təbriz Bilimyurdunun bir qrup tələbəsi etiraz aksiyası keçirərək İŞİD silahlı qruplaşması tərəfindən işlənən cinayətləri qınamışdılar. Onlar “İŞİD-ə yox!”, “Zorakılıq olmayan bölgə istəyirik!”, “Terroristə yox!” kimi şüarları səsləndirmişdilər. PKK və PJAK terror təşkilatları Avropa ölkələri və ABŞ-ın “qara siyahı”sındadır. /Panoram.az/

 

 

 

 

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera