Ev / Xəbərlər / Güney Azərbaycan / Urmiyada növbəti aksiya, tutulan və xəsarət alanlar var – Oynaq görüntü

Urmiyada növbəti aksiya, tutulan və xəsarət alanlar var – Oynaq görüntü

Ötən gün axşam saatlarında Urmiya şəhərində Yaxın Şərqdə cərəyan edən hadisələrə etiraz olaraq aksiya keçirilib. www.D-A-K.org –un “Oyannews”a istinadən məlumatına görə, yüzlərlə soydaşımız küçə və meydanlara axışaraq müxtəlif silahlı qruplaşmaların, o cümlədən terror təşkilatlarının regionda həyata keçirdikləri cinayətləri qınayıblar. Onlar Urmiyanın “Vilayəti Fəqih” (Mərkəz) meydanı və Sərdəran xiyabanında “Ölüm olsun Öcalana!”, “Ölüm olsun PKK-ya!”, “Ölüm olsun PJAK-a!”, “Şəhidlər ölməz, vətən bölünməz!” “Türkün torpağı bölünməz!”, “PJAK gərək məhv ola!”, “Ya ya ya, şa şa şa Azərbaycan çox yaşa!” kimi şüarla səsləndiriblər. Ancaq iran adlanan yerin nizam-intizam qüvvələri (polis) və təhlükəsizlik qüvvələri həmişə olduğu kimi, yenə də dinc aksiyaya müdaxilə edib, nəticədə tərəflər arasında güclü toqquşma baş verib. Bir neçə nümayişçinin vəhşicəsinə döyüldüyü, hətta onlardan birinin – Urmiya sakini, milli fəal Əta Kəriminin “Vilayəti Fəqih” meydanında həbs olunduğu bildirilir. Şahidlər tutulanların sayının daha çox olduğunu söyləyiblər. Ancaq hələlik bu barədə əlavə məlumat yoxdur.

Qeyd edək ki, bu il oktyabrın 12-də də Urmiya Bilimyurdunda bir qrup tələbəsi terrorizm əleyhinə aksiya keçirmişdilər. /Panoram.az/

Oynaq görüntü:

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera