Ev / Okategoriserade / Urmiyada həbs edilmiş 36 azərbaycanlı fəaldan 30-u sərbəst buraxılıb

Urmiyada həbs edilmiş 36 azərbaycanlı fəaldan 30-u sərbəst buraxılıb

İyunun 27-də səhər saatlarında İranda həbs edilmiş azərbaycanlı fəalların 6-sı saxlanılmaqla qalanları azadlığa buraxılıb. www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, hazırda onlar İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiyadakı təcridxanasında saxlanılırlar. Bunlar Urmiya Universitetinin müəlliməsi Suməyya Əli Dusti, bloqqer Vəhid Faizpur (Kiyaksər), Meysəm Azadi, Qulam Qulizadə, Vəhid Nəsibi və Mürtəza Zərrindir.

Qeyd edək ki, iyunun 27-də İran adlanan yerin Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə 36 nəfər azərbaycanlı fəal həbs edilib. Onlardan 8 nəfəri qadındır. Onların arasında İran adlanan yerin qadın futbolçulardan ibarət yığma komandasının oyunçusu Pəriya Xəlilzadə, anası Məsumə Pərivəj və bacısı Sevda Xəlilzadə də var. Bundan əlavə, tutulanlar arasında Hüseyn və Zəhra Zadqasımlar, Nima və Sina Həsənilər, Sima Sakini və Milad (Sabutay) Kolani, Tohid Həsəni, Səid Lütfi, Səid Əbdi və İrfan Müqəddəm də olub. Ancaq həbs zamanı İran adlanan yerin nizam-intizam qüvvələri (polis) ilə azərbaycanlı fəallar arasında qarşıdurma baş verib. Buna səbəb polisin Səhənd dağının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub. İran adlanan yerin polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan birinin (onun universitet müəllimi Suməyya Əli Dusti olduğu deyilir) ağır yaralandığı bildirilir.

Bu il Güney Azərbaycanda Məhəmmədtağı Zehtabi ili olduğundan azərbaycanlı fəallar Səhənd dağının yamaclarına toplaşmaqla 26 iyun Ümumdünya İşgəncələr Günü münasibətilə ən çox işgəncələrə məruz qalmış mərhum professorun əziz xatirəsini yad etmək istəyiblər. Ancaq İran adlanan yerin polisinin Səhənd dağına gedən bütün yolları bağlaması azərbaycanlı fəalların yalnız bir hissəsinin həmin əraziyə gedib çata bilməsinə gətirib çıxarıb.

Həmçinin bax!

Zakir Həsənov-Hulusi Akarı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı ...

Kommentera