Ev / Xəbərlər / Güney Azərbaycan / Urmiya gölü üçün “Bir vedrə duz”

Urmiya gölü üçün “Bir vedrə duz”

Azərbaycan türkləri Urmiya gölündəki ekoloji fəlakəti dünya ictimaiyyətinə çadırmaq üçün “Bir vedrə duz” kampaniyasına başlayıblar. Bu barədə hazırda Türkiyədə mühacirət həyatı yaşayan, əslən Güney Azərbaycanın Arazbarı (Xudafərin) rayonundan olan hüquq müdafiəçisi Elçin Hatəmi açıqlamasında bildirib.

www.D-A-K.org –un “Panoram.az”-a istinadən yaydığı məlumatına görə, bu addım dünyada ALS xəstəliyinə dəstək məqsədilə keçirilən “Bir vedrə buzlu su” kampaniyasından təsirlənərək atılıb: ““Bir vedrə duz” kampaniyası iran adlanan yerin hökuməti tərəfindən Urmiya gölünün qurudulmasına etiraz olaraq və xalqı maarifləndirmək məqsədilə başladılıb. Bu addımı da ilk dəfə güneyli şair, yazar və tarixçi Rza Talibi atdı. O, başına bir vedrə duz tökdü və videogörüntüsünü də “Facebook” social şəbəkəsindəki səhifəsində paylaşdı. R.Talibi həmçinin hər kəsi bu kampaniyaya qoşulmağa dəvət etdi. Bundan sonra milli-mədəni fəallar Kərim Əsgəri, Səhər Urmulu, Fatimə Səttari və Azərbaycan Respublikasından Zaur Bayramlı da bu kampaniyaya qatılıb. Bu yolla Urmiya gölünün quruması nəticəsində yaranan duz kütləsinin Azərbaycan xalqının sağlamlığına və bölgədə yaşayan xalqların həyatına nə dərəcədə mənfi təsir göstərdiyini izah etməyə çalışılıb. Hazırda kampaniya davam edir və gün keçdikcə ona qoşulanların sayı da artır”.

Xatırladaq ki, Urmiya gölü iran adlanan yerin Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera