Ev / Xəbərlər / Güney Azərbaycan / Urmiyə və Sulduzda iki türk fəal həbs edilib

Urmiyə və Sulduzda iki türk fəal həbs edilib

Qərbi Azərbaycan vilayətində milli fəallar İskəndər Əli-Mirzayi və Ata Kəriminin dekabrın 26 və 27-də iran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, Ata Kərimi dekabrın 27-də Urmiyənin Bələdiyyə və Məşhədin Saminəl-Hücəc komandaları arasında keçirilən voleybol matçı zamanı Urmiyə stadionunda nəzarət altına alınıb.

Urmiyəli fəal bundan əvvəl də göstərdiyi fəaliyyətlər, o cümlədən Urmiyə Gölü etirazları ilə əlaqədar bir neçə dəfə həbs və mühakimə edilib.

İskəndər Əli-Mirzayi isə, Oyan News veb səhifəsinə istinadən, dekabrın 27-də Sulduz (Nəğədə) şəhərində saxlanılıb.

Yayılan məlumata görə, sulduzlu türk fəal iran adlanan yerin polisinin təhlükəsizlik bölməsi tərəfindən “idari bir iş” üçün çağırılıb, ancaq qurumun Sulduz (Nəğədə) şöbəsinə müraciət etdiyi zaman tutularaq həbsxanaya göndərilib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016