Ev / Xəbərlər / Güney Azərbaycan / Üşnəviyyədə zəlzələ olub

Üşnəviyyədə zəlzələ olub

İran adlanan yerin Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İran adlanan yerin Qərbi Azərbaycan vilayətinin Üşnəviyyə şəhərinə təsadüf edib.

3.0 bal gücündə olan zəlzələ mayın 6-da Bakı vaxtı ilə saat 12:36-da yerin 8 km dərinliyində meydana gəlib. Təbii fəlakət Üşnəviyyədən 8 km, Nalusdan 16 km və Sulduzdan (Nəqədə) 33 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera