Ev / Xəbərlər / Mədəniyyət / Türkiyədə “Təbriz aşıq ənənəsi və aşıq ədəbiyyatı” adlı kitab çap edilib

Türkiyədə “Təbriz aşıq ənənəsi və aşıq ədəbiyyatı” adlı kitab çap edilib

Türkiyədə “Təbriz aşıq ənənəsi və aşıq ədəbiyyatı” adlı kitab çapdan çıxıb. APAwww.D-A-K.org –a daxil olan məlumata görə, 349 səhifədən ibarət olan kitab azərbaycanlı tədqiqatçı-alim Nəbi Kobotarian tərəfindən hazırlanaraq “Qaraxan” nəşriyyatında işıq üzü görüb.

Kitab 6 fəsildən ibarətdir. Birinci fəsildə Təbrizdəki aşıq musiqi sənəti və İran türkləri haqqında ətraflı məlumat verilib. İkinci fəsildə İran adlanan yerin, xüsusilə Təbrizin tarixi, coğrafi, iqtisadi və mədəni mövqeyi barədə müfəssəl məlumat almaq mümkündür. Üçüncü fəsildə İrandakı üç növ türk aşıq musiqisi (Azərbaycan, türkmən və qaşqay) ətraflı tədqiq edilib. Dördüncü və beşinci fəsillərdə Təbriz aşıq sənətinin struktur xüsusiyyətləri, növü və üslubları tam izah olunub. Altıncı fəsildə isə Təbriz müasir aşıqları və nümunələri, həmçinin məşhur rəssamların əsərləri təqdim edilib.

Qeyd edək ki, N.Kobotarian 1973-cü ildə Təbriz şəhərində anadan olub. O, 1999-cu ildə Türkiyənin Çuxurova Universitetinin “Türk dili və ədəbiyyatı” fakültəsinə daxil olub. Azərbaycanlı tədqiqatçı-alim universitet illərində apardığı araşdırmalar zamanı Təbriz aşıq musiqi məktəbi ilə bağlı materialları özünün “Ov hekayələri” adlı irihəcmli nəzm və nəsr əsərində toplayıb. İndiyədək onun türk folkloru və ədəbiyyatı sahəsində bir neçə məqaləsi məşhur jurnallarda dərc edilib və beynəlxalq konqreslərin müzakirəsinə təqdim olunub.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera