Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / Türkiyədə II Uluslararası Türk Kültürü Qurultayı keçirilib

Türkiyədə II Uluslararası Türk Kültürü Qurultayı keçirilib

DAK həmsədri Sabir Rüstəmxanlı qardaş ölkənin Fəthiyə və Bursa şəhərlərində keçirilmiş tədbirlərdə iştirak edib

Image 2-13 dekabr 2009-cu il tarixlərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaş Türkiyə Cümhuriyyətində səfərdə olub. DAK həmsədri Türkiyənin Fəthiyə və Bursa şəhərlərində keçirilmiş tədbirlərdə iştirak edib. Belə ki, 3-6 dekabr 2009-cu il tarixlərində qardaş ölkənin Fəthiyə şəhərində II Uluslararası Türk Kültürü Qurultayı keçirilib.

Fəthiyə şəhər Bələdiyyəsinin sədri, doktor Behcət Saatçının dəstəyilə baş tutan tədbirdə Türk Dünyası bütövlükdə əhatə olunub. Azərbaycandan isə 4 nəfər iştirak edib. Onların arasında Sabir Rüstəmxanlıyla yanaşı, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev və Naxçıvan Dövlət Universitetinin müəlimi Fərqanə Kazımova da olub. Bundan əlavə, Qurultayda türkiyəli millət vəkilləri, bir neçə bələdiyyə sədri, Fəthiyə-Muğla bölgəsinin valisi, Türkiyə, Qazaxıstan, Türkmənistan, özbəkistan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, çin, İran, İraq, Makedoniya, Kosova, Misir, Moldova, Ukrayna, Krım, Bolqarıstan, Rusiya, Finlandiya, Estoniya və başqa ölkələrdən alimlər, siyasilər, mədəniyyət xadimlər, şairlər, yazıçılar iştirak edirdilər. Budəfəki tədbir əsasən ”Türk mədəniyyətilə dünya xalqlarının mədəni əlaqələri” mövzusuna həsr olunub. DAK həmsədri Qurultayın açılış hissəsində ”Türk mədəniyyətinin dünya xalqlarının mədəniyyətinə təsiri” mövzusunda məruzəylə çıxış edib. 11-12 dekabr 2009-cu il tarixlərində isə Bursa şəhərində ”Yaxın tariximizdə türk-müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları pozuntuları” mövzusunda simpozium keçirilib. Axısxa Türk Dərnəkləri Federasiyasının təşəbbüsüylə baş tutan tədbirə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Fazil Mustafa və Azərbaycanın yazılı və elektron kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar. DAK həmsədri simpoziumda məruzəylə çıxış edib.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə türk jurnalistlər Azərbaycana səfərə gələcək

Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Bu barədə www.D-A-K.org -a toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin ...

Kommentera