Ev / Xəbərlər / Güney Azərbaycan / “Traxtur” komandasının yarışından sonra fəallar tutulub

“Traxtur” komandasının yarışından sonra fəallar tutulub

Noyabrın 20-də Təbrizin Səhənd stadionunda bu şəhərin “Traxtur” fotbol komandası ilə Xorasanın “Siyahcameqan” takımı arasında keçirilən yarışın sona çatmasından sonra azərbaycanlı türk fəallar tutulub.
Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, iran adlanan yerin təhlükəsizlik məmurları noyabrın 20-si axşam saatlarında futbol müsabiqəsindən sonra “Traxtur”un tərəfdarları, Mohammad Babayi, Farzad Nasiri, İsmayıl Dehqani, Oruc Dehqani və Möhsün Hüseynzadəni tutub naməlum istiqamətə aparıblar.  Onların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı barədə məlumat yoxdur.
Xatırladaq ki, Təbrizdə keçirilən futbol yarışında “Traxtur” tərəfdarları Azərbaycan milli kimliyi barədə şüarlar səsləndirərək öz sevimli komandalarına dəstək vermişdilər. Müsabiqə sona çatandan sonra da Təbriz komandasının tərəfdarları stadiondan çıxarkən hökumət qüvvələrinin bütün təzyiq və təhdidlərinə baxmayaraq yenidən milli şüarlar səsləndirərək şəhərə doğru yürüş keçiriblər.
Müsabiqədən əvvəl isə polis və təhlükəsizlik qüvvələri Səhənd stadionuna gedən əksər yolları bağlayaraq “Traxtur” tərəfdarlarının çoxunun stadiona girişinə və yarışı yaxından izləməsinə mane olublar.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016