Ev / Xəbərlər / Güney Azərbaycan / Traxtor fars rəqibini darmadağın etdi!- Tehran Türklərin şənliyinə şahidlik edir

Traxtor fars rəqibini darmadağın etdi!- Tehran Türklərin şənliyinə şahidlik edir

iran adlanan yer üzrə futbol klublarının super liqa rəqabətlərinin 28-ci həftəsi çərçivəsində keçirilən  müsabiqədə “Traxtor” Tehranın İstiqlal komandasıyla Tehranın “Azadi” futbol stadionunda qarşılaşdı. İlk hissə 2-1 hesabı ilə Saman Nərimancahan və Luciano Edinhonun qolları sonucunda Bozqurdların qələbəsi ilə sona çatdı.
İkinci yarıda oyun tamamilə Traxtorun iradəsindən asılı vəziyyətə düşdü. Futbolçuların sərgilədiyi müdhiş performas nəticəsində Saman Nərimancahan 2 əlavə qola imza ataraq oyunun ulduzu seçildi. Beləliklə Traxtor toplam 4-1 hesabı ilə Tehranın İstiqlal komandasını sözün əsl mənasında darmadağın etdi. Qeyd etmək lazımdır ki, bu oyuna gələn Traxtorun Azərbaycanlı Türk azarkeşləri sayca “ev sahibi” komandanın azarkeşlərindən xeyli sayda üstünlük təşkil edirdilər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera