Ev / Xəbərlər / Güney Azərbaycan / “Traktor”un baş məşqçisi dəyişib

“Traktor”un baş məşqçisi dəyişib

 

Təbrizin “Traktor” futbol komandasının baş məşqçisi dəyişib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, klub rəhbərliyi Toni (Antonio Jose Konseçao Oliveyra) ilə hər məsələdə razılığa gəlib. Beləliklə portuqaliyalı məşqçi yenidən Təbriz komandasının sükanı arxasına keçib. T. Oliveyranın yanvarın 31-də İran adlanan yerin futbol üzrə ölkə çempionatının 25-ci həftəsi çərçivəsində Gilanın “Damaş” və ölkə kubokunda Xuzistanın “Fulad” klubları ilə keçiriləcək oyunlarda komandanın başında olmasına çalışılır.

 

Qeyd edək ki, bir müddət əvvəl komandadan uzaqlaşdırılan Məcid Cəlali yenidən “Traktor”un başına gətirilsə də, azarkeşlər bununla razılaşmayaraq, Təbriz klubunu portuqaliyalı mütəxəssisin çalışdırmasını istəyiblər. Bu hadisə isə onlarla azarkeşin həbsi ilə nəticələnib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera