Ev / Xəbərlər / Güney Azərbaycan / “Traktor” Xuzistan komandasını məğlub etdi

“Traktor” Xuzistan komandasını məğlub etdi

Təbrizin “Traktor” futbol klubu ilə Xuzistanın “Fulad” komandası arasında keçirilən müsabiqə “Traxtur”un qələbəsi ilə sona çatdı. Iran adlanan yer üzrə futbol klublarının super liqa müsabiqələrinin 8-ci həftəsində keçirilıən müsabiqə Əhvazın Qədir stadionunda baş tutub. “Fulad” komandasından Ümid Xalidi 65-ci dəqiqədə bir qol vurdu. Bundan sonra “Traktor” oyunçusu Sezar Dosantus 71-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdi. Məhəmməd Purian isə 90-cı dəqiqədə daha bir qol (penaltı) vuraraq “Traktor”un qələbəsini təmin etdi. Bununlada “Traktor-Fulad” müsabiqəsi (2 – 1) hesabı ilə “Traxtur”un xeyirinə sona çatdı.

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌