Ev / Xəbərlər / Siyasi xəbərlər / “Traktor” “Sepahan”a boyun əymədi

“Traktor” “Sepahan”a boyun əymədi

Səfəvilər dövlətinin paytaxtları olan hər iki şəhərin komandaları meydandan sülhlə ayrıldı

Image Martın 6-da Güney Azərbaycanın Təbriz şəhərini İran adlanan yerin futbol üzrə ölkə çempionatında təmsil edən ”Traktor” komandası yerli vaxtla saat 15.00-da doğma divarlar arasında İsfahan şəhərinin ”Sepahan” klubunu qəbul edib. www.D-A-K.org -a daxil olan məlumata görə, Təbrizin Səhənd (Yadigar-e İmam) stadionunda keçirilən qarşılaşmaya iş günü olmasına baxmayaraq, 60 min azarkeş gəlib.

Oyuna sürətli başlayan komandamız 6-cı dəqiqədə Fərhad Xeyirxahla hazırda turnir cədvəlinə liderlik edən ”Sepahan”ın qapısına yol tapıb – 1:0. Ancaq rəqibin cavab qolu da çox gecikməyib. Bundan üç dəqiqə sonra, yəni 9-cu dəqiqədə İsfahan klubu İ.Toure ilə hesabı bərabərləşdirməyə nail olub – 1:1. Sonrakı dəqiqələrdə qapılara heç bir qol vurulmayıb və matç bu hesabla da başa çatıb. Hazırda çempinatda 26 oyun keçirmiş ”Qırmızı qurdların” hesabında 38 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar. Qarşılaşmanı izləməyə gələn soydaşlarımız isə stadionun girişində həyata keçirilən bütün yoxlamalara baxmayaraq, 90 dəqiqə ərzində üzərində milli sərdar Səttarxanın şəkli, ”Yaşasın Azərbaycan!” və ”Bozqurd” işarəsi olan plakatlar qaldırıblar.
Xatırladaq ki, İran adlanan yerin futbol üzrə ölkə çempionatında Güney Azərbaycanın komandası təkcə ”Traktor” deyil. Məsələn, Qəzvin şəhərinin ”Peykan” komandası da var. Bəlkə Tehran, Rey, Kərəc, İsfahan, Həmədan və başqa şəhərlərimizin klublarını da ”Traktor” kimi qazanmağa çalışaq.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera