Ev / Xəbərlər / Güney Azərbaycan / “Traktor” “Damaş”ı məğlub edib

“Traktor” “Damaş”ı məğlub edib

Təbrizin “Trakto” futbol klubu İran adlanan yerin çempionatında növbəti qələbəsini qazanıb. www.D-A-K.org –a daxil olan məlumata görə, 31-ci tur çərçivəsində komanda səfərdə keçirdiyi oyunda “Damaş”ı 2:1 hesabı ilə məğlub edib. 

Çempionatda Güney Azərbaycanı təmsil edən yeganə komanda olan “Traktor”un qollarını birinci hissədə Məsud İbrahimzadə və Seyid Məhəmməd Salehi vurub. Bu qələbədən sonra Təbriz təmsilçisi xallarının sayını 58-ə yüksəldib və lider “İstiqlal”la xal fərqini 2-yə endirib. 
Qeyd edək ki, “Traktor” rəqiblərinə nisbətən bir oyun çox keçirib.  

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera