Ev / Okategoriserade / Toğrul İsmayıl: “iran adlanan yerdən gələn türklər nə istədiklərini tam olaraq bilmir…”[Oynaq görüntü]

Toğrul İsmayıl: “iran adlanan yerdən gələn türklər nə istədiklərini tam olaraq bilmir…”[Oynaq görüntü]

Toğrul İsmayılToğrul İsmayıl iran adlanan yerdə ki türklərin durumunu Türkiyə toplumuna anlatmaq istiqamətində fəallığın son illərdə artdığını, ancaq yenə də yetərli olmadığını ifadə edir. Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Respublikası və Türkiyə toplumlarında güney məsələsi ilə bağlı məlumatlandırmanın səviyyəsini şərh edib.

Toğrul İsmayıl güney məsələsi ilə tanışlıq baxımından Türkiyə və Azərbaycan Respublikasındakı durumun fərqli olduğunu önə çəkərək bunun müxtəlif səbəblərindən söz açıb:

“Azərbaycan uzun illər Sovetlər Birliyinin tərkibində olan bir respublika idi. Sovet dönəmində belə güney məsələsi ilə bağlı xüsusi siyasətlər var idi. Sovet İttifaqı 1945-46-da orada dövlət qurma cəhdi, sonra beynəlxalq səviyyədə ondan vaz keçilməsi, qısa sürədə bu dövləti qurarkən oraya Sovet Azərbaycanından mütəxəssislərin göndərilməsi və ondan sonra da Sovet dönəmində iran adlanan yer məsələsində Azərbaycan faktorunu siyasi faktor kimi istifadə etməsi öz izlərini buraxmışdır. Misal üçün, Sovet dönəmində iran adlanan yerlə münasibətlər yaxşı olduğu zaman rəsmi qəzetlərdə o bölgə ”iran adlanan yerin Azərbaycanı”, münasibətlər pisləşən kimi isə ”Cənubi Azərbaycan” olaraq adlandırılırdı.”

Güney Azərbaycan və iran adlanan yer Türklərinin Tanıtım Sərgisi (Avqust 2015, Türkiyə)
Güney Azərbaycan və iran adlanan yer Türklərinin Tanıtım Sərgisi (Avqust 2015, Türkiyə)

Güney məsələsi ilə yaxından maraqlanan Toğrul İsmayılın söylədiklərinə görə, “həmin səbəblərə əsasən Sovet dönəmində belə güney məsələsi yəni orada yaşayan türklərin məsələsi Azərbaycan ədəbiyyatında xüsusi yer almış, toplumda isə bir növ əks səda doğurmuşdur.”

O həmçinin, 1945-46 illərində qurulmuş milli hökümətin əməkdaşlarından bir qrupunun arazın şimal tərəfinə köçməsi və mərhum Əbulfəz Elçibəy kimi siyasətçilərin də güney məsələsinə verdiyi önəmə işarə edir.

Beynəlxalq əlaqələr eksperti bu mövzu ilə bağlı Türkiyədə ki durumu da ətraflı şəkildə şərh edir.

“Qalxıb desək ki, Türkiyədə iran adlanan yerdəki türklərin halı bilinmir, bu doğru olmaz. Bu məsələ ilə məşqul olan cidd mütəxəssislər var. Mütəxəssislər və alimlər səviyyəsində hətta siyasilər səviyyəsində bu məsələ bilinməkdədir,” deyə o bəyan edir.

O Türkiyədəki bəzi siyasi şərtlərin iran adlanan yerdə ki türk məsələsinin daha artıq gündəmə gəlməsinə mane olduğunu da önə çəkir:

“Burada bir siyasi faktor var. iran adlanan yer Türkiyənin uzun illərdir qonşusudur. Türkiyə Cumhuriyyəti iran adlanan yerlə münasibətlərini pozmamağa çalışır. Bu məsələyə həssaslıqla, siyasətlə yanaşır. Hələ Osmanlı-Səfəvi dönəmində başlayan rəqabəti də göz önünə alsaq bu çox həssas və diplomatik məsələyə çevrilir… Ayrıca Türkiyədə də bəzi etnik problemlər var…”

iran adlanan yer və Güney Azərbaycandan Türkiyəyə köçən türklərin fəaliyyətlərini dəyərləndirən cənab İsmayıl fəallığın son illərdə artdığını ancaq yenə də yetərli olmadığını ifadə edir:

“Əlbəttə ki, Türkiyədə, xüsusilə bu məsələlərin yayılması və təbliğatı iran adlanan yerdən gələn türklərin üzərinə düşür. Yəni onlar işin gerçəyini doğru olaraq əks etməyə çalışmalı və daha aktiv olmalıdırlar. Əvvəllər belə aktivliyin olmadığını görürdük, amma getdikcə xüsusilə Türkiyə universitetlərində təhsil alan gənclər arasında ciddi şəkildə bir aktivləşmə var.”

O, eyni zamanda bu fəaliyyətlərin yetərli olmadığını vurğulayır:

“Bunlar yetərlimidir? Üzülərək söyləyirəm, yetərli deyil. Səbəbi də budur, iran adlanan yerdən gələn türklər, əsas məsələni, tam olaraq nə istədiklərini bilmirlər, bu bir siyasi düşüncə mi? İctimai hərəkat mı? Bunun necə olduğunu tam açıq və aydın şəkildə ortaya qoya bilmirlər. Təşkilatlanma zəifdir, yəni iki üç nəfər bir araya gəlir…”

“Könlümüz istəyir ki, daha çox insan Türkiyədə güney məsələsini, iran adlanan yerdə ki türklük məsələsini tanıtdıra bilsin. Sadəcə Türkiyə deyil, beynəlxalaq səviyyədə,” deyə Toğrul İsmayıl əlavə edir. Amerikanın Səsi/Əlirza Quluncu

Həmçinin bax!

Eldar Qaradağlı tənzilə-sabir cütlüyü DAK-ından istefa verdi

O, istefa ərizəsini Sabir Rüstəmxanlının fəaliyyətinə etiraz əlaməti olaraq yazıb. Bir neçə gün bundan əvvəl Dünya ...