Ev / Xəbərlər / Güney Azərbaycan / Tikantəpədə milli fəallara qarşı təzyiqlər artıb

Tikantəpədə milli fəallara qarşı təzyiqlər artıb

Güney Azərbaycanın Tikantəpə (fars şovinistləri Tikab olaraq dəyişdirib) şəhərində ”Ettelaat” əməkdaşları və Əmakin İdarəsinin azərbaycanlı fəallara qarşı təzyiqləri yeni vüsət alıb. 

www.D-A-K.org –a daxil olan məlumata görə, ”Ettelaat”ın Tikantəpə şöbəsinə yeni rəisin təyin edilməsi bu təzyiqləri daha da artırıb. Belə ki, son bir ay müddətində Vəhid Sədri, Yasir Sədri, Hadi Lütfi, Əli Hidayəti, Vəhid Həzrəti, Yədullah (Elman) Dəşti, Rəzzaq Qədiri, Milad Məleki, Ramin Rzayi, Əli Ocaği və Beytullah Rzayi ”Ettelaat”ın Tikantəpə şöbəsinə çağırılaraq sorğu-suala tutulublar və bəziləri də saxlanılıblar. Bundan əlavə, son bir ayda ”Ettelaat” əməkdaşları Yədullah Dəşti, Əli Hidayəti və Ramin Rzayinin evlərinə basqın düzənləyib, onların ailə üzvlərilə mübahisə edib və qeyri-qanuni olaraq evdə axtarış aparıblar. Axtarış nəticəsində azərbaycanlı fəallara məxsus bir sıra kitab, kompüter və mobil telefonlar müsadirə edilərək götürülüb. Bununla yanaşı, azərbaycanlı fəallar barəsində iş açılaraq Tikantəpə məhkəməsinə göndərilib. Həmin fəallardan üçü Qoşaçay şəhərinin həbsxanasına köçürülüb, üç gün saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk girovu qarşılığında azadlığa buraxılıblar. Eyni zamanda son bir ayda Tikantəpə şəhərində ”Yakamoz” bərbər salonu türk dilində reklam broşürü çap etdiyinə görə üç gün müddətinə möhürlənib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera