Ev / Xəbərlər / Siyasi xəbərlər / Təbrizli gənc Suriyada öldürülüb

Təbrizli gənc Suriyada öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olan azərbaycanlı Suriyada qətlə yetirilib. www.D-A-K.org –un “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Mahmud Beyzayi (Hüseyn Nüsrəti) İran adlanan yerin Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəndir. 26 yaşlı gəncin Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, ancaq müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir.

 

İran adlanan yerin “Səhər” telekanalı M. Beyzayinin Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğunu açıqlayıb. Onun ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. M. Beyzayinin cənazəsi yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera