Ev / Xəbərlər / Güney Azərbaycan / Təbrizdə ölmək bahalaşıb

Təbrizdə ölmək bahalaşıb

İndi ən ucuz qəbrin qiyməti 300 dollardır

Şəhər Şurası ictimai nəqliyyatda da gediş haqqını qaldırıb 
Təbriz Şəhər Şurası Təbrizdə qəbirlərin qiymətinin qaldırılması qərarına gəlib. 

www.D-A-K.org –a daxil olan məlumata görə, Təbrizin dövlət radiosu və televiziyası xəbər verib ki, artıq bir qatlı və ailəvi qəbirlərin qiyməti bahalaşıb. Həftəlik ”Saqi” qəzeti yazır ki, ən ucuz qəbrin qiyməti 300 min tümən (300 dollar) olacaq və qəbiristanlığın yaxşı yerlərində isə bir qəbirin qiyməti 400 min tümənə (400 dollar) çatacaq. Əgər bir təbrizli ölməmişdən əvvəl öz qəbirinin yerini alıb, onu düzəldirsə, 420 min tümən (420 dollar) verməlidir. Ailə qəbirlərinin qiyməti isə bundan dəfələrlə bahadır. ”Saqi” qəzeti yazır ki, 14 nəfərlik bir ailə üçün 18 milyon tümən (18 000 dollar) ödənməlidir. Ailəvi qəbirlərin hər birinin qiyməti orta hesabla 1 milyon 286 min tümənə bərabərdir. Eyni zamanda Təbrizin Şəhər Şurası şəhərdə sərnişin avtobuslarından istifadənin qiymətinin 50 faizədək və taksilərin isə 25 faizədək artırılmasına da icazə verib. Beləliklə, 75 tümənlik avtobuslarda bilet 100 tümən olub. 
Yanaqlarından yaş süzülən kişilər kəfənə bürünmüş Zəhra Yusifinin nəşini çiyinlərinə qaldırırlar. Ah-nalə çəkən qara çadralı qadınlar onları müşayiət edirlər. Rəhmətə getmiş yaşlı evdar qadının qohum-əqrəbaları onu son mənzilə yola salırlar. Son mənzil paytaxt Tehranın cənub ətrafında, tozlu, quraq çöldə yerləşir. Müqəddəs Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılan böyük ərazi şəhərin əsas qəbiristanlığıdır. Burda daim qələbəlik olur. Hər gün bu qəbiristanlıqda 150 dəfn mərasimi həyata keçirilir, gündə təqribən 15 min adam buranı ziyarət edir. Həftəsonu yarım milyon insan burada dəfn edilmiş ailə üzvlərini, məşhur sənət adamlarını və inqilabın və İran adlanan yer – İraq müharibəsinin şəhidlərini yad etmək üçün ”Behişti-Zəhra”nı ziyarət edir. Dünyanın ən böyül qəbiristanlıqlarından biri olan ”Behişti-Zəhra”nın altı da üstü kimi basırıqdır. Zarafat deyil, artıq 40 ildir ki, o, ölü qəbul edir. İndiyədək 1.6 milyon insan dəfn olunub burada. Artıq yeni qəbirlər üçün yer çox az qalıb. Qəbiristanlıq 1969-cu ildə açılıb. O vaxt Tehran sürətlə böyüyürdü və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək qərarı ”Behişti-Zəhra”nın yaradılmasına gətirib çıxarıb. İki il əvvəl şəhər rəhbərliyi qəbiristanlığı genişləndirmək və onu yolun o biri tayı ilə birləşdirmək üçün 200 yard uzunluğunda yeraltı keçid tikib. 
”Yerdən daha səmərəli istifadə etmək üçün əvvəllər bir nəfərin basdırıldığı yerə indi üç nəfəri sığışdırırıq”, – qəbiristanlığın sözçüsü İsmail Daneşpayi belə deyir. O, xəritəni çıxarıb, yeni ərazidə 400 min ölünün necə yerləşdirəcəklərini izah edir. İsmail Daneşpayi əlini uzadaraq deyir ki, ən ucuzu yuxarıdakı qəbir yerləridir – təqribən 150 dollar. ”Behişti-Zəhra”nın onilliklər ərzində üzərində şam ağacları və yaşıl kolluqlar bitmiş qədim hissələrində isə bir qəbir yeri 10 min dollaradır. Rəsmilər qəbiristanlığın nə vaxt tam dolacağı barədə dəqiq fikrə malik deyillər. Amma İsmail Daneşpayinin təbirincə desək, Tehranın 12 milyonluq əhalisinin potensial ”müştəri” olduğunu nəzərə alaraq, şəhər rəhbərliyi yeni yerlər axtarır: “Bizim fikrimizdə iki yeni yer var, ancaq həmin yerləri almamış adlarını açıqlamırıq”. İran adlanan yerdəki mövcud hakimiyyətin ”Behişti-Zəhra”nı ağzına kimi doldurmaqda başqa məqsədi var. Bu qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İran adlanan yerə qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib. Qəbiristanlıqda quraşdırılmış xüsusi avadanlıq sayəsində ziyarətə gələnlər mobil telefonun bluetooth sistemi ilə istədikləri qəbiri və ya yeri asanlıqla tapa bilirlər. 
52 yaşlı çörəkçi İbrahim Kərim 1981-ci ildə qətlə yetirilmiş inqilab ruhanilərindən ayətullah Məhəmməd Behiştinin qəbri başında göz yaşı tökür. Hər həftə bura ziyarətə gələn İbrahim Kərim deyir ki, ”burada uyuyan insanlar bizim üçün müqəddəsdirlər”. O, qəbiristanlığın getdikcə daha basırıq olmasından da şikayətçi deyil. İbrahim Kərim deyir ki, burada hətta bir qəbirdə beş insanı basdırsalar da, o, ”Behişti-Zəhra”da dəfn edilməsini istəyir.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera