Ev / Xəbərlər / Siyasi xəbərlər / Təbrizdə həbsdə saxlanılan tələbələrin ailələri prokurorla görüşüb

Təbrizdə həbsdə saxlanılan tələbələrin ailələri prokurorla görüşüb

Image İki aydan çoxdur həbsdə olan səkkiz azərbaycanlının – Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Mənsur Əminiyan, Maqsud Əhdi və Əmir Mərdanin, İsfahan Universitetinin tələbəsi Məcid Makuyizadın və gənc fəal Daryuş Hatəminin ailə üzvləri bəyan ediblər ki, indiyədək adı çəkilən şəxslərin harda, hansı şəraitdə saxlandığı barədə onlarda heç bir məlumat yoxdur. Məlumata görə, S.Radmehrin qardaşı Şəhram Radmehr ”Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında tutulanlara qarşı konkret hansı ittihamın irəli sürülməsindən də xəbərsiz olduqlarını deyib: ”Təbriz İnqilab Prokurorluğuna və digər rəsmi orqanlara dəfələrlə müraciət etsək də, ittihamlar barədə bizə heç nə deməyiblər. Biz məhbusların hansı şəraitdə saxlanmasından və onlara qarşı hansı təzyiqlərin tətbiq edilməsindən də xəbərsizik. Bu isə bütün məhbusların valideynlərinin ciddi narahatlığına səbəb olub”.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera