Ev / Xəbərlər / Siyasi xəbərlər / Təbrizdə bir azərbaycanlı edam edilib

Təbrizdə bir azərbaycanlı edam edilib

İran aadlanan yerin Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. 27 yaşlı Səccad Purnəcəf 2008-ci ildə həbs edilib. Əslən Culfa şəhərinin Şuca kəndindən olan məhbus 6 il əvvəl mübahisə zəminində düşən davada özünü həmkəndlisinin balta ilə hücumundan müdafiə edərkən onu qətlə yetirib və nəticədə edam cəzasına məhkum edilib. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera