Ev / İnformasiya / DAK haqqında / “Tarixdən bu günə Türkiyə-Azərbaycan münasibətləri”

“Tarixdən bu günə Türkiyə-Azərbaycan münasibətləri”

Sabir Rüstəmxanlı: ”Bütün dünyada bitib tükənməyən türk düşmənçiliyi var”

Tənzilə Rüstəmxanlı: ”Türklər tarixindən utanmayan yeganə millətdir”

Image Türkiyənin Samsun şəhərində ”Tarixdən bu günə Türkiyə-Azərbaycan münasibətləri” adlı konfrans keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, 19 May Universitetində keçirilən tədbirdə qardaş ölkədə səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı və DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri, Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da iştirak edib.

Sabir Rüstəmxanlı çıxışında deyib ki, Türkiyə və Azərbaycan türkləri eyni millətdir: ”Adlar heç bir əhəmiyyət daşımır, türklər bütün dünyada bir millətdir. Ona görə də bütün türkləri birlik olmağa çağırıram. Bütün dünyada bitib tükənməyən türk düşmənçiliyi var. Buna qarşı türklər birlik olmalıdır. Dünya nə vaxt başlayıbsa türkün tarixi də o vaxt başlayır”. Min illər boyu türklərin Altaylardan Anadoluya qədər geniş əraziyə yayıldığını bildirən DAK həmsədri çıxışına hər iki ölkə liderlərindən sitatlarla davam edib: ”Heydər Əliyevin dediyi kimi, ”Bir millət, iki dövlətik” Atatürkün dediyi kimi, ”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” Böyüklərimiz bizim birliyimizi daha yaxşı başa düşüblər”.
Tənzilə Rüstəmxanlı isə dünyada tarixindən utanmayan yeganə millətin türklər olduğunu deyib: ”Türkiyə-Azərbaycan münasibətləri bu günə bağlı deyil. Bizi bir-birimizə bağlayan çox əhəmiyyətli məsələlər var. Bunlardan ən əhəmiyyətlisi Dağlıq Qarabağ və erməni məsələsidir. Bu gün Ermənistan adlı dövlətin olduğu yer də əslində türklərindir. Həmçinin paytaxt İrəvan da türk şəhəridir”. O bu torpaqların ermənilərə bir daha Qağlıq Qarabağ məsələsini dilə gətirməmək şərtiylə verildiyini, Ermənistanın bu şərtlərə riayət etmədiyini deyib. ”Qarabağ Azərbaycan torpağı olduğu üçün işğal edilmədi. Qarabağ Türkiyə üçün çox əhəmiyyətli olduğu üçün işğal edilib. Cənubi Qafqazda Türkiyə ilə Azərbaycanı ayırmaq üçün Ermənistan qara yara kimi yaradılıb”.

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera