Ev / Tarix

Tarix

Azərbaycanın parçalanması
1828-ci il fevralın 10-da I Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü.

 

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra demoqrafik vəziyyəti dəyişdirmək məqsədi ilə Şimali Azərbaycana Osmanlı dövləti və indiki İran ərazisindən kütləvi şəkildə ermənilər köçürülməyə başlandı. Eyni zamanda Rus işğalını qəbul etməyən yerli türklərin müəyyən hissəsi Osmanlı dövlətinə, indiki İran ərazisinə və Şimali Azərbaycanın mərkəzi hissəsinə köçdülər.

 

Dərbəndin itirilməsi
1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kv. km-lik ərazisi Dağıstan vilayətinə birləşdirildi.

 

 

İrəvan xanlığının itirilməsi
Tiflisdə qərarlaşan Azərbaycan hökuməti yeni yaranmış Ermənistan respublikasına 9 000 kv.km-lik ərazisini güzəştə getməyə məcbur edildi.

 

Borçalı, Qarayazı və Zəngəzurun itirilməsi
Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirildi.

 

Azərbaycanlıların Ermənistandan köçürülməsi
Sovet hakimiyyəti dövründə təkcə Ermənistan ərazisindən təxminən 400000-ə dək azərbaycan türkü öz yurdlarından Azərbaycan Sovet Sosialist Respublikası ərazisinə zorla köçürülmüşdür.

 

Qarabağ və ətraf rayonların işğalı
1992-ci ildən sonra işğal olunmuş ərazilərimiz…

 

İşğal edilmiş ərazilər
1988-1992-ci illərdə Ermənistanın hərbi müdaxiləsi və antitürk siyasəti nəticəsində Azərbaycanda 20 min insan öldürülmüş, 100 min soydaşımız yaralanmış, 50 mini isə müxtəlif dərəcədə zədə almış, 4852 nəfər azərbaycanlı (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür. İlkin məlumatlara görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

 

Rusiyada tarixi torpaqlarımız
Torpaqlarımızın 6%-i – Dərbənd xanlığının ərazisi (7 min kv. km.) – Rusiya federasiyasının tərkibindədir. Hal-hazırkı dövrdə də həmin ərazilərdə azərbaycanlılar yaşamaqdadır.

 

Gürcüstanda tarixi torpaqlarımız
Müxtəlif dövrlər ərzində Rus imperializminin səyləri ilə tarixi torpaqlarımızın bir hissəsi Gürcüstana birləşdirilmişdir. Hazırkı dövrdə də azərbaycanlılarla məskunlaşmış bu ərazilərin təxmini ölçüsü 8700 kv. km.-dir (7%). Xəritədə gördüyünüz bütün yaşayış məntəqələrinin adları gürcülərin apardıqları etnik siyasət nəticəsində sonradan dəyişdirilib.

 

Ermənistanda əski türk toponimləri
Tarixən heç bir erməni olmadığı halda təxm. 30000 kv km lik ərazimiz (23%) tədricən ermənilərlə məskunlaşdırılmış və burada yaşayan bütün azərbaycanlılar yurdlarından qovulmuşdur. Xəritədə gördüyünüz məntəqə adları kimi, bu ərazilərin tarixi, mədəniyyəti və mənsubiyyəti də sonradan Rus imperializminin antitürk siyasəti nəticəsində erməniləşdirilmişdir.

 

itirilmis torpaqlar
İtirilmiş torpaqlar

 

Nəticə