Sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında Azərbaycan musiqisi konserti keçiriləcək.
“İpək yolundan musiqi yolu ilə” adlı konsert proqramında Azərbaycan və italyan klassik və milli musiqisi səslənəcək.
Konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq. /Panoram.az/