Ev / Xəbərlər / Güney Azərbaycan / Təbrizdə Uyğurlara dəstək mitinqinə qatılanlara həbs cəzası verilib

Təbrizdə Uyğurlara dəstək mitinqinə qatılanlara həbs cəzası verilib

Rəsul Rəzəvi, Hüseyn Rəxşanikiya və Sevindik Lütfi bir il həbsə məhkum ediliblər.
İyul ayının 10-da Azərbaycanın Güneyində (iran adlanan yer) təşkil olan “Doğu Türküstan Türklərinə dəstək” mitinqlərinə qatılan Türk fəallar Rəsul Rəzəvi, Hüseyn Rəxşanikiya və Sevindik Lütfi 6 ayı qəti və 6 ayı şərti olmaqla bir il həbsə məhkum ediliblər.www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, iran adlanan yerdə insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi fəalları “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti” aparmaqda ittiham edərək onlara bir il həbs cəzası verib.
Həmin məlumata əsasən, Təbrizli fəallara qarşı əlavə olaraq “əhalinin zehnində təşviş yaratmaq” ittihamı da irəli sürülüb. İnqilab Məhkəməsi ikinci ittiham üçün başqa bir məhkəmə təşkil olunacağını qeyd edib.
İyul ayının 10-da iran adlanan yerin bütün vilayətlərində Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda Azərbaycanın Güneyində (iran adlanan yer) mitinqlərində bir qrup Türk fəal əllərində plakatlar və “Doğu Türküstan” bayraqları ilə Uyğurlara dəstək, çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdirdilər.
Bu mitinqlərə qatılan bir neçə fəal polis qüvvələrinin müdaxiləsindən sonra nəzarət altına alınıb bir neçə gündən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Uyğurlara dəstək mitinqi – Təbriz, 10 iyul 2015

 

 

 

 

 

 

 

 

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016