Ev / İnformasiya / DAK haqqında / İsveçdə Azərbaycan türklərinin soyqırımıyla bağlı simpozium keçirilib

İsveçdə Azərbaycan türklərinin soyqırımıyla bağlı simpozium keçirilib

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Milli Məclisin deputatı Baba Tağıyev İsveç parlamentinin bir qrup deputatı və Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov ilə görüşüblər

Image

09 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) və ”Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığıyla 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə simpozium keçirilib. Tədbirdə DAK həmsədri Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Baba Tağıyev, İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin, Azərbaycan Federal Demokrat Hərəkatının (AFDH) və digər diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbiri ”Odlar Yurdu” dərnəyinin sədri Sevinc Bakılı açaraq tədbirin keçirilməsində əsas məqsədin ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarının İsveç ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Baba Tağıyev isə ermənilərin 1918-ci ildə Azərbaycanın quzeyində – Bakıda, Şamaxıda, Qubada və digər ərazilərdə və ən nəhayət, ötən əsrin sonlarında Xocalıda soyqırım aktları törətdiyini söyləyib. O, Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında olduğunu, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyərək, ancaq dünya ictimaiyyətinin bütün bunlara hələ də göz yummasından təəssüfləndiyini vurğulayıb.
DAK həmsədri Firidun Pərviznia Azərbaycanın quzeyində və güneyində eyni siyasəti həyata keçirdiklərini və Azərbaycan Respublikasında bu məsələnin hərtərəfli qoyulmasını təklif edib. O, Azərbaycanın güneyində gedən milli mübarizəyə toxunaraq bildirib ki, İran adlanan yer dağılmaq üzrədir: ”Ona görə də cərəyan edən proseslərə hazır olmalıyıq. İndidən dövlət proqramımızı müəyyənləşdirməliyik. Yəni Azərbaycanın güneyində müstəqillik qazanılarsa, idarəçilik baxımından heç bir problemlə qarşılaşmayaq”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, 1918-ci il Azərbaycanın quzeyində və güneyində ermənilər, assurilər Azərbaycan türklərinə qarşı soyqırım aktlarını məhz rusların yardımıyla, onların verdiyi silah-sursatla həyata keçirib: ”Bu gün də Türk Dünyasının ayağa qalxmasının, bütövləşməsinin qarşısını almağa çalışırlar. İran adlanan yer dağılmaq ərəfəsindədir”.
Simpozium AFDH İdarə Heyətinin üzvü Əlirza Ərdəbili və başqalarının çıxışıyla yekunlaşıb.
12 aprel 2010-cu il tarixində isə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Baba Tağıyev İsveç parlamentində bir qrup millət vəkiliylə görüşüb. Baba Tağıyev İsveç parlamentində qondarma erməni soyqırımıyla bağlı qərar qəbul edilməsinə öz etirazını bildirərək, Azərbaycan dövlətinin bu məsələdən narahat olduğunu diqqətə çatdırıb. Həmin gün DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Baba Tağıyev Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində olublar. Onlar paytaxt Stokholmdakı diplomatik korpusda fövqəladə və səlahiyyətli səfir Rafael İbrahimov ilə görüşüblər.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera