Ev / İnformasiya / DAK KİV-də / İsveçdə Azərbaycan rüzgarı əsdi

İsveçdə Azərbaycan rüzgarı əsdi

Tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə iştirak ediblər

Image

Mayın 2-də İsveçin paytaxtı Stokholm şəhərinin ən məşhur məkanlarından biri olan ”Stadshuset” (hər il dekabrın 10-da ”Stadshuset” ”Blå hallen”də Nobel mükafatı sahiblərinə təqdim olunandan sonra ziyafət keçirilir), yəni Stokholm şəhər bələdiyyə binasının ”Blå hallen” adlanan zalında Azərbaycanın İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığıyla tanınmış bəstəkar, pianoçu, kilsə xoru ifaçısı, həmyerlimiz Arif Mirzəyevin konserti təşkil edilib. www.D-A-K.org -a daxil olan məlumata görə, 1500-ə yaxın qonaqların iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Azərbaycanı İsveçdə daha yaxından tanıtmaq olub.

Konsert proqramına quzeyli-güneyli soydaşlarımızla yanaşı, İsveç və digər ölkələrin rəsmiləri də qatılıblar. Onların arasında Azərbaycan diasporunun təmsilçiləri də olub. Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimovun dəvəti əsasında tədbirdə Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə və Dünya Azərbaycanlıları Konqresi (DAK) Nəzarət-Təftiş Komissiyasının sədr müavini Babək Tağızadə ailələrilə bərabər iştirak ediblər. Bundan əlavə, qonaqlar arasında Azərbaycan Federal Demokrat Hərəkatının üzvləri Əli Mollazadə, Salamat Dəşti, ”Tribun” saytının redaktoru Əlirza Ərdəbili, Azərbaycan Federasiyası İsveçin (AFİ) keçmiş sədri Səid Əzizi ailələrilə bərabər və başqaları da olub. Konsertdə Azərbaycan və dünya klassiklərinin əsərlərilə yanaşı, Arif Mirzəyevin müəllifi olduğu əsərlər də səsləndirilib. Bunların sırasında ”Xocalı körpələrinə lay-lay” və ”Ulu öndərə həzinli dualar” kimi müəllif parçaları da olub. Qeyd edək ki, konsert proqramı Quzey Azərbaycan Respublikasının eks-prezidenti, mərhum Heydər Əliyevin xatirəsinə ithaf olunub.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

”Stadshuset” Stokholm şəhər bələdiyyə binası

Kommentera