Ev / Xəbərlər / Siyasi xəbərlər / Sudan İran adlanan yerin mədəniyyət mərkəzlərini bağlayır

Sudan İran adlanan yerin mədəniyyət mərkəzlərini bağlayır

Sudan hökuməti ölkədəki İran adlanan yerin mədəniyyət mərkəzlərini şiə təbliğatı ilə məşğul olduğunu iddia edərək bağlayır. www.D-A-K.org –un “Panoram.az”-a istinadən yaydığı məlumatına görə, hökumət bu qurumların 72 saat içində bağlanması barədə təlimat verib. Sudan Xarici İşlər Nazirliyinin sözçüsü Yusif əl-Kardofani açıqlamasında bildirib ki, ölkədə fəaliyyət göstərən İran adlanan yerin mədəniyyət mərkəzləri fəaliyyət dairəsindən kənara çıxaraq Sudanın mədəni təhlükəsizliyinə zərər verir və həmin qurumlar artıq təhdid ofisi halına gəlib.

Bundan başqa, Sudanın paytaxtı Xartum şəhərindəki İran adlanan yerin mədəniyyət attaşesi ilə mərkəzlərdə çalışan diplomatlara da ölkəni tərk etmələri üçün 72 saat vaxt verilib.

İran adlanan yerin xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyin Əmir Abdullahiyan isə bu qərarla bağlı xəbərlərin əsassız olduğunu bildirib: “Bəziləri İran adlanan yerin və Sudan arasındakı münasibəti korlamağa çalışır. Tehran və Xartumdakı səfirliklər, mədəniyyət və iqtisadiyyat mərkəzləri fəaliyyətlərinə normal şəkildə davam edir”.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera