Ev / Xəbərlər / Güney Azərbaycan / Stadiona plakat aparan Ərdəbilli fəallar məhkəməyə çağırılıb

Stadiona plakat aparan Ərdəbilli fəallar məhkəməyə çağırılıb

Sentyabr ayında Ərdəbilin Təxti Stadionunda üzərində Ərdəbilli siyasi məhbus, Azərbaycanın Güneyində Milli Hərəkatın müqavimət simvolu Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldıran dörd milli fəalın vilayətin Cəza Məhkəməsinə çağırıldığı bildirilir. Tovhid Əmir Əmini, Fərşad Piçqanlı, Mustafa Pərvin və Murtaza Pərvin, www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, noyabrın 18-də Ərdəbil Cəza Məhkəməsinin 103-cü şöbəsinə müraciət etməlidirlər. Bu fəallar sentyabrın 10-da Ərdəbilin Təxti Stadionunda bir futbol matçı zamanı iran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar. iran adlanan yerin önəmli futbol mərkəzləri kimi hesab edilən Təbriz və Ərdəbil eləcə də, Asiyanın Voleybal Paytaxtı adlandırılan Urmiyə şəhərinin stadionları son illərdə milli fəallar və türk dil haqları müdafiəçilərinin fəaliyyət və təbliğat meydanına çevrilib.

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌