Ev / Xəbərlər / Güney Azərbaycan / Səhənd Məali həbsdən evə müalicəyə göndərilib

Səhənd Məali həbsdən evə müalicəyə göndərilib

İran adlanan yerdə Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 4 aydan çoxdur Sərab şəhərinin zindanında saxlanan Səhənd Məali fevralın 10-da müalicə alması üçün bir həftəliyə evə buraxılıb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, həbsdə saxlandığı müddətdə müxtəlif psixi və fiziki təzyiqlərə, işgəncələrə məruz qoyulan gənc fəalın daima baş ağrılarından və daha bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. ETTELAAT-ın Sərab şöbəsinin əməkdaşları Səhənd Məalini 2013-cü il sentyabrın 28-də tutub. Fəalın evində axtarış aparılıb, ona məxsus kompüter, CD-lər, Azərbaycandilli kitablar və digər şəxsi əşyalar götürülüb. Səhənd Məali bundan əvvəl də milli zəmində apardığı dinc fəaliyyətinə görə sistemə qarşı təbliğat aparmaqda günahlandırılaraq 1 il həbsdə olub.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera