Ev / Xəbərlər / Siyasi xəbərlər / İsfahanda nüvə reaktoru yerləşən ərazidə partlayış baş verib

İsfahanda nüvə reaktoru yerləşən ərazidə partlayış baş verib

Noyabrın 28-də axşam saatlarında İsfahan şəhərində sınaq xarakterli atom reaktoru və infrastrukturu yerləşən ərazidə güclü partlayış baş verib. www.D-A-K.org –a daxil olan məlumata görə, İsfahan şəhərindən 5 kilometr kənarda uran zənginləşdirilməsi ilə məşğul olan zavod da yerləşir. İran adlanan yerin mətbuatı öncə yanacaqdoldurma məntəqəsində partlayış baş verdiyi barədə məlumat yayıb. 

Az sonra “Sepah” təmsilçisi silah daşınması zamanı partlayış baş verdiyini bildirib. İsfahan meri isə hərbi təlimlər zamanı partlayış olduğunu söyləyib. Ümumiyyətlə, partlayışla bağlı vahid versiya yoxdur. Xəsarət alanlarla bağlı da məlumat verilməyib. Digər tərəfdən, partlayışla bağlı xəbər qısa müddət sonra xəbər “Fars” agentliyinin saytından da çıxarılıb. Hətta İsfahan merinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Mehdi İsmaili şəhərdə partlayışın baş verməsi barədə məlumatı təkzib edib. O bu xəbərləri ”əsassız” və “uydurma” adlandırıb.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera