Ev / İnformasiya / DAK haqqında / Samsunda Türkiyə-Azərbaycan münasibətləri müzakirə edildi

Samsunda Türkiyə-Azərbaycan münasibətləri müzakirə edildi

Amasyadakı 40 min azərbaycanlı təşkilatlanmaq istəyir

Image Aprelin 15-17-də Türkiyənin Samsun və Amasya şəhərlərində ”Tarixdən bu günə Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda konfrans keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, tədbirdə DAK həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təmsil edib.

Samsunun 19 May Universitetində düzənlənmiş ilk tədbirdə Samsun valisi, universitetin rektoru, Samsun və Amasya bələdiyyələrinin sədrləri, siyasi partiyaların vilayət təmsilçiləri, qazilər, QHT rəhbərləri, Samsun Universitetində çalışan azərbaycanlı müəllim və tələbələr iştirak ediblər. Konfransda Tənzilə Rüstəmxanlı ”Qadın cəmiyyətlərinin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rolu” mövzusunda məruzəylə çıxış edib. Daha sonra Sabir Rüstəmxanlı Samsun valisi Həsən Bəsri Gözəloğlu, Samsun Universitetinin rektoru Hüsen Akan, o cümlədən universitetin azərbaycanlı müəllim və tələbələriylə ayrı-ayrılıqda görüşlər keçirib. Yerli qəzetlər və telekanallar tədbirləri geniş işıqlandırıb. Türkiyənin ”Hürriyyət” qəzeti isə Sabir Rüstəmxanlının ”Qarabağın işğalı türk düşmənçiliyidir” fikriylə başlayan çıxışından ayrıca yazı dərc edib. Səfər çərçivəsində Azərbaycan nümayəndələri Amasyadakı çoxsaylı azərbaycanlı icmasıyla da görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan diasporasının hazırkı durumu, DAK-ın gördüyü işlər, Türkiyənin bir çox ellərində sıx yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi zərurəti müzakirə olunub. Bildirilib ki, təkcə Amasyada 40 mindən artıq azərbaycanlı yaşayır və onlar Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə və Avropada təbliğində ciddi rol oynaya bilərlər. Müzakirələrdən sonra Amasya azərbaycanlılarıyla DAK-ın əlaqələrinin gücləndirilməsi və Amasyadakı soydaşlarımızın təşkilatlanması yönündə konkret addımların atılması qərara alınıb.

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera