Ev / Həmsədrlər / Məqalələr / Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresi adına iddia edənlərə xəbərdarlıq edirik”

Sabir Rüstəmxanlı: “Dünya Azərbaycanlıları Konqresi adına iddia edənlərə xəbərdarlıq edirik”

Image ”Dünya Azərbaycanlıları Konqresi adına iddia edənlərə ciddi xəbərdarlıq edirik. 20 nəfərlə qurultay keçirib, konqresin adına sahib çıxmaq olmaz”. APA-nın məlumatına görə, bu sözləri DAK həmsədri Sabir Rüstəmxanlı deyib. S. Rüstəmxanlının sözlərinə görə, DAK rəsmi şəkildə İsveçdə qeydiyyatdan keçib və bunu təsdiq edən sənədlər istənilən vaxt mətbuata təqdim oluna bilər:

”Təəssüf ki, DAK-la bağlı bu problemi həll edə bilmədik. Qulamrza Səbri Təbrizinin təşkil etdiyi qurum qanunsuzdur. Qondarma şəkildə Demokratik DAK-ı DAK adından cəmiyyətə təqdim edirlər”. S.Rüstəmxanlı deyib ki, Q.S. Təbrizini İdarə Heyətinin 17 üzvündən 2-si dəstəkləyib: ”özünü ziyalı və ya professor hesab edən şəxs belə qeyri-ciddi və qanunsuz işlərlə məşğul olmaz. Hazırkı vəziyyət həm mətbuatda, həm də cəmiyyətdə anlaşılmazlıq yaradır. Gedin, başqa adla fəaliyyət göstərin”.

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera