Ev / Xəbərlər / Güney Azərbaycan / Səid Mətinpur azadlığa çıxdı

Səid Mətinpur azadlığa çıxdı

Seid-AzadligAzərbaycanlı Türk, Milli-Mədəni fəal, insan haqqları fəalı və jurnalist Səid Mətinpur azadlığa buraxılıb.
O avqustun 26-da (şəhrivərin 5-də) 8 illik məhkumluq müddətinin 7 ilini həbs çəkdikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, Səid Mətinpur 2007-ci ildə (1386 cı il) Türkiyədə keçrilən “iran adlanan yerdə Azərbaycanlı Türklərin milli hüquqları” ilə bağlı seminara qatıldığı üçün Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsində tərəfindən 8 il müddətində azadlıqdan məhrum edilib. Səid Mətinpur xaricilərlə əlaqəyə girərək iran adlanan yerin dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinmişdir. O, 2009-cu ilin iyulun 11-dən (1388, Tir 20) Tehranın Evin zindanında məhbus həyatı yaşamış, 2014-cü ilin sentyabrın 28-dən (1393, Mehr 6) isə Evin həbsxanasının siyasi bölümünün (350-ci siyasi bölümü ) ləğv edildikdən sonra isə məcburi olaraq Zəncana köçrülmüşdür. Bundan öncə isə o, 2007-ci ildə (1386) milli-mədəni fəaliyyəti ilə bağlı 9 ay müddətində azadlıqdan məhrum edilmiş və bütün bu sürəc müddətində aclıq aksiyası keçirmişdir.
Səid Mətinpur həftəlik “Yarpaq”, “Oyanış dalğası” və məhəlli Azərbaycan qəzetlərinin həmkarı və həmçinin aktiv blogger idi.
Beynəlxalq İnsan Haqqları Təşkilatı Səid Mətinpurun 8 il müddətində azadlıqdan məhrum olnmasına dəfələrlə etiraz etmiş və onu Vicdan Məhbusu elan etmişdir.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016