Ev / Xəbərlər / Güney Azərbaycan / Rəsul Rəzəvi Təbrizin mərkəzi həbsxanasına köçürülüb

Rəsul Rəzəvi Təbrizin mərkəzi həbsxanasına köçürülüb

İran adlanan yerdə tanınmış azərbaycanlı fəalın həbs yeri dəyişdirilib. www.D-A-K.org –un AZOH-a istinadən verdiyi məlumata görə, 57 gündür İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında təkadamlıq kamerasında saxlanılan Rəsul Rəzəvi şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Qeyd edək ki, ETTELAAT əməkdaşları azərbaycanlı fəalı ötən il dekabrın 4-də səhər saatlarında ata evində həbs ediblər. Ertəsi gün isə evdə yoxlama aparılıb, R.Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “əl-Cəzirə” futbol komandaları arasında keçirilən görüşdə “Güney Azərbaycan İran deyil!” şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. R.Rəzəvinin istintaq zamanı ağır psixi və fiziki işgəncələrə məruz qaldığı bildirilir. R.Rəzəvi bundan əvvəl 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə Şəhid Kələntəri körpüsündə yüzdən çox azərbaycanlı fəalla birgə həbs edilib. O, 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera