Ev / Xəbərlər / Güney Azərbaycan / Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə yeni ittihamlar irəli sürülüb

Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə yeni ittihamlar irəli sürülüb

İran adlanan yerdə Azərbaycan milli kimliyi uğrunda dinc mübarizəyə görə 6 ay həbsdə saxlandıqdan sonra 3 həftə əvvəl azadlığa buraxılmış fəallar Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmaniyə yeni ittihamlar irəli sürülüb. 

www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, hər üç fəal mayın 5-də Təbriz prokurorluğuna çağırılıb. Prokurorluqda fəalların əvvəlki ittihamlarına yeni ittihamlar əlavə edilib və onlar həm də əlbir olaraq qanunsuz toplantılara qatılmaqda, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə və sistemə qarşı zidd təbliğat aparmaqda günahlandırılıb. Azərbaycanlı fəallar onlara qarşı irəli sürülən bütün ittihamları rədd ediblər.

İran adlanan yerin Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Hüseyn Əliməhəmmədi və Taha Kirmanini 2013-cü il noyabrın 4-də, Rəsul Rəzəvini isə dekabrın 4-də tutub. Azərbaycanlı fəallar Təbrizin “Tiraxtur” futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran adlanan yerin bayrağını yandırmaqda, sistemə qarşı təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və ölkə rəhbərliyini təhqir etməkdə günahlandırılmışdılar. 6 aya yaxın Təbrizin mərkəzi zindanında saxlanan fəallar 2014-cü il aprelin 15-də ağır mülk girovu qoyaraq müvəqqəti azadlığa buraxılıblar. Hər üç fəal həbsdə saxlandıqları müddətdə müxtəlif psixi və fiziki təzyiq və işgəncələrə məruz qoyulub.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera