Ev / Xəbərlər / Siyasi xəbərlər / Ərdoğan hansı dini lideri tənqid etdi?

Ərdoğan hansı dini lideri tənqid etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetinin Heydərpaşa Təhsil Kompleksində keçirilən akamedik təhsil ilinin açılışı mərasimində çıxış edib.
www.D-A-K.org –un “Panoram.az”-a istinadən məlumatına görə, Ərdoğan çıxışında universitetin akademik ilinin açılış mərasimində iştirakından dolayı həyəcanlı olduğunu bildirib. Çıxışında Türkiyədə və regionda cərəyan edən bir sıra məsələlərə də toxunan prezident Ərdoğan Suriyada Bəşşar Əsəd rejimini müdafiə edən dini liderlərdən birini də tənqid edib. “Suriyada 250 min insan müasir silahlarla öldürülür. Bəziləri isə bu rejimə silah və pul göndərir. Belə dini lider ola bilərmi? Bu barədə düşünmək gərəkdir. Xalqlarımız, ziyalılarımız bu məsələ üzərində düşünməlidir. Kimin hansı məqama sahib olmasından asılı olmayaraq, bütün məsələləri ətraflı götür-qoy etməyimiz gərəkdir”, – deyə Ərdoğan bildirib.
Bir sıra siyasi müşahidəçilər Ərdoğanın sözügedən tənqidinin Suriya rejimini dəstəkləyən iran adlanan yerin ali dini lideri ayətullah Əli Xamneyiyə ünvanlandığını qeyd ediblər.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera