
İran adlanan yerdə tanınmış azərbaycanlı şair və yazıçı dünyasını dəyişib. www.D-A-K.org –un “Güneynews”a istinadən verdiyi məlumata görə, Saleh Asim Kəffaş Ərdəbili uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Ancaq mayın 3-də onun səhhəti kəskin pisləşdiyindən xəstəxanaya qaldırılıb. Asim Ərdəbili mayın 4-də səhər saatlarında dünyaya gözlərini əbədi yumub. Mərhum mayın 5-də torpağa tapşırılıb.
Qeyd edək ki, A.Ərdəbili 1942-ci il yanvarın 3-də Ərdəbil Cümə məscidinin qədim məhəlləsində anadan olub. O, əsərlərini əsasən Azərbaycan və fars dillərində yazıb. A.Ərdəbili “Cəhənnəmdə bitən gül” və “Şeyx Məhəmməd” (İkinci Bəhlul) poemalarının müəllifidir. Bundan əlavə, onun “Qanlı səhər” (1994), “Yaralı durna” (1998), “Nisgilli gülüşlər” (2003) və “Sözlü gözlər” (2009) kitabları işıq üzü görüb.