Ev / Xəbərlər / Güney Azərbaycan / Ərdəbildə terrorizm əleyhinə aksiya keçirilib – Oynaq görüntü

Ərdəbildə terrorizm əleyhinə aksiya keçirilib – Oynaq görüntü

Azərbaycanın Güneyinin Urmiyə şəhərində 16 oktyabrda terrorizmə qarşı keçirilən etiraz aksiyasına Ərdəbildən də dəstək gəlib. www.D-A-K.org –un Musavat.com-a istinadən məlumatına görə, Ərdəbilin “Şəhrdari” futbol komandasının Qumun “Səba Batri” klubu ilə keçirdiyi oyun qələbə ilə bitdikdən sonra Azərbaycanlı Türk fəallar və Ərdəbilin qorxmaz gəncləri bu şəhərin əsas xiyabanlarında Urmiyada terrora qarşı keçirilən etiraz aksiyasına dəstək verib.

 

Onlar Qərbi Azərbaycanda PKK və onun iran adlanan yer qolu sayılan PJAK kimi kürd terror qruplaşmalarının fəallaşmasına öz etirazlarını bildirib və şüarlar səsləndiriblər. İlk olaraq ”Səreyn” meydanında toplaşan soydaşlarımız milli-mədəni zəmində şüarlar səsləndiriblər. Yerli əhali etirazçılara qoşulduqdan sonra onlar ”Şəriəti” meydanı, ”Dörd yol” və sonra ”Pirə Təmlik” meydanınadək irəliləyib. Iran adlanan yerin təhlükəsizlik qüvvələri aksiyanın keçiriləcəyindən xəbərsiz olub, onlar xəbər tutduqdan sonra hadisə yerinə gəlib və etirazçılara hücum ediblər. Nəticədə təhlükəsizlik qüvvələri ilə Azərbaycanlı Türk fəallar arasında qarşıdurma yaşanıb. Şahidlər bir neçə nəfərin tutulduğunu bildirir.
Hökumət qüvvələri qətnamənin oxunmasına da imkan verməyib. Qətnamədə Azərbaycan, xüsusilə Qərbi Azərbaycan vilayətinin uzun müddətdir PKK, PJAK kimi terror qruplaşmaları və onlara dəstək verən kürd qüvvələrinin fəaliyyətləri məhkum edilib və həmin qüvvələrin Qərbi Azərbaycanda cəmiyyətin tərkibinin dəyişdirilməsi cəhdləri və Azərbaycan ərazilərini ələ keçirmə səyləri barəsində xəbərdarlıq edilib. Son zamanlar qonşu ölkələrdə qanlı hadisələr törədən İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə yanaşı kürd terrorçu qüvvələrinin aktivləşməsinin nigaranlığa səbəb olduğu da xüsusi vurğulanıb.
Sənəddə İŞİD terrorçuları və PKK-PJAK kimi kürd terrorçularının fəaliyyətləri qınanıb və qısa olaraq aşağıdakı tələblər irəli sürülüb:

1.Terrorçu qruplaşmalar və onların dəstəkçiləri məzhəb və irqi ayrı-seçkiliyə son qoymalı və məntəqədə bütün insanlar sülh içində yaşamalıdır!
2.Siyasi və təhlükəsizlik qüvvələri PKK və PJAK terror təşkilatları və onların siyasi uzantılarının qarşısını almalıdır!
3.Terrorçu qruplaşmaların yanlıları və siyasi mafiyalar Suriya və İraq hadisələrini bəhanə edərək Urmiya xiyabanlarında siyasi manevrlərə son qoymalıdır!
4.Terror qruplarının dəstəkçilərinin siyasi mafiyaya bağlı müəssisə və qurumların mədəni fəaliyyət adı altında məzhəb və irqlər arasında nifaq salma cəhdinin qarşısı alınsın!
5.Bölgə iqtisadiyyatını müxtəlif yollarla iflic edib və terror qruplarını ayaqda tutan mafiyanın qarşısı alınsın!
6.İraqdan nəzarətsiz köçlər və mühacirlərin məskunlaşmasının qarşısı alınsın!
7.iran adlanan yer-İraq müharibəsi və Körfəz savaşı zamanı İraqdan nəzarətsiz şəkildə köç edənlər – hansı ki, məntəqənin demoqrafik tərkibində problemlərə səbəb olublar – öz yerlərinə qaytarılsın!
8.Anti-Azərbaycan layihələr və məntəqə ərazilərini İraqdan Qərbi Azərbaycana gələn terror tərəfdarlarına müqavilə ilə verilməsi dayandırılsın!
9.Uzun illərdir yanlış siyasətləri ilə məntəqədə siyasi və maliyyə mafiyasının inkişafına səbəb olan məsulların qarşısı məhkəmə vasitəsilə alınsın!
Qətnamənin sonunda bir daha İŞİD, PKK və PJAK kimi terror qruplaşmalarının fəaliyyətləri qınanıb və Azərbaycan xalqının sülh tərəfdarı olduğu diqqətə çatdırılıb. /Panoram.az/

 

Oynaq görüntü:

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera