Ev / Xəbərlər / Mədəniyyət / Rassel Kroun: “Biz Türk torpaqlarını işğal etmişik”

Rassel Kroun: “Biz Türk torpaqlarını işğal etmişik”

Dünya şöhrətli avstraliyalı aktyor və rejissor Rassel Krounun Türkiyədə çəkdiyi “Su pərisi” (“The Water Diviner”) filmi ilə bağlı səsləndirdiyi bu fikirlər ölkəsində mübahisələrə səbəb olub.
www.D-A-K.org –un “OcaqTv”-yə istinadən məlumatına görə, aktyor “Kanal 7” televiziya kanalında dəvət olunduğu verilişə “Adidas” markalı idman geyimləri ilə gedib. Aktyorun bu hərəkəti və Çanaqqala savaşı haqqında dedikləri sosial şəbəkələrdə bəzi pərəstişkarları tərəfindən tənqid olunub. Aparıcı Mayk Uilesin suallarına cavab verən aktyor belə deyib: “Məncə, 100 il sonra bu mifologiyaya aydınlıq gətirmək lazımdır. Millət olaraq yetkin davranıb qarşı tərəfin danışdığı hekayəni də dinləməliyik. Çünki bilirsiniz biz gedib aramızda heç bir anlaşılmazlıq olmayan müstəqil bir ölkəni işğal eləmişik”.
Aparıcı ilk dəfə belə fikir eşitdiyini dilə gətirib, aktyor isə belə deyib:
“Qəhrəmanlıqlar haqqında istədiyimiz qədər danışa bilərik, mənim üçün daha vacibi heç nədən məhv olan həyatlardır”.
Xatırladaq ki, film Çanaqqala döyüşündən 4 il sonra müharibədə şəhid olan 3 oğlunun məzarını tapmaq üçün Çanaqqalaya gələn avstraliyalı bir atanın yaşadıqlarından bəhs edir. Filmin premyerası dekabrın 2-də Sidneydə, dekabrın 3-də Melburnda olacaq.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera