Ev / Xəbərlər / Siyasi xəbərlər / İraq qüvvələri mühasirədə olan Əmirliyə daxil olub

İraq qüvvələri mühasirədə olan Əmirliyə daxil olub

İraq qüvvələri bu gün 2 aya yaxındır minlərlə insanın susuz, qidasız və tibbi təchizatsız cihadçıların mühasirəsində qaldığı Əmirli şəhərinə daxil ola bilib.

www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən yaydığı məlumatına görə, ABŞ Dövlət Departamenti deyir ki, Birləşmiş Ştatlar dünən Əmirli yaxınlığında İslam Dövləti yaraqlılarına qarşı hava hücumu həyata keçirib və şəhərdə ilişib qalan insanları havadan humanitar yardımla təmin edib.

Pentaqonun mətbuat katibi Admiral Con Körbay bildirib ki, ABŞ Hava Qüvvələri yardım Avstraliya, Fransa və Britaniyadan olan təyyarələrləbaş tutub.

Körbay deyib ki, ABŞ ordusu humanitar  yardım əməliyyatını dəstəkləmək üçün yaxınlıqdakı İslam Dövləti terrorçularına qarşı əlaqəli hava hücumu həyata keçirib.

Avstraliya isə İslam Dövləti yaraqlıları ilə döyüşən kürd qüvvələrinin silahla təmin edilməsi səylərinə qoşulduğunu bildirib.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera