Ev / Xəbərlər / Güney Azərbaycan / “İran adlanan yerin hökuməti oğluma ad qoymağa icazə vermir”

“İran adlanan yerin hökuməti oğluma ad qoymağa icazə vermir”

Firuz Yusifi: “İran adlanan yerin hökuməti oğluma ad qoymağa icazə vermir”

İran adlanan yerdə türkcə ad qoyulduğu üçün doğum şəhadətnaməsi verilməyən körpə Alporhanın atası Firuz Yusifi “Amerikanın Səsi”nə müsahibəsində məsələyə aydınlıq gətirib.

Hazırda Tehranda yaşayan soydaşımız deyib ki, İran adlanan yerin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi (VVAQ) uşağı üçün seçdiyi türkcə AlpOrhan adını xarici və qeyri-iran adlanan yerli ad kimi dəyərləndirərək ona doğum şəhadətnaməsi verməkdən imtina edib: “Ailədə uzun müzakirələrdən və aylarla düşündükdən sonra oğlumuz üçün türk kültürünə uyğun Alporhan adını seçmişik. Ona doğum şəhadətnaməsi verməsələr də, bu adı dəyişməyəcəyik. Bununla bağlı baş verə biləcək problemlərə görə əhalinin qeydiyyatını aparan qurum məsuliyyət daşıyacaq. Mən oğlumun anadan olmasından iki gün sonra İran adlanan yerin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi Tehranın qərbindəki şöbəsinə baş vurdum. Onlara oğlumun anadan olduğunu deyərək Alporhan adına doğum şəhadətnaməsi istədim. Onlar dedilər ki, biz bu ada doğum şəhadətnaməsi verə bilmərik. Çünki bu ad əcnəbi və qeyri-iran adlanan yerli addır. Bizim saytımızda da yoxdur”.

F.Yusifi həmçinin Tehran vilayətin qeydiyyat idarəsinin ad komitəsinə də məktub yazdığını, ancaq Alporhan adının onlar tərəfindən də rədd edildiyini bildirib: “Qeydiyyat qurumunun sədrinə yazdığım məktub da cavabsız qalıb. Halbuki İran adlanan yerin qanunlarında uşağa seçilən adın bəlli bir məna və qavramı ifadə etməsi, İslama qarşı olmayıb çirkin anlam daşımaması və uşağın cinsiyyəti ilə uyğun olması lazımdır. Bundan başqa, qeydiyyat qurumunun yüksək komitəsi yasaqlanmış və uyğun olmayan adları bəlli etməklə vəzifələndirilib. Dini azlıqlara isə qanuna dayanaraq öz din, dil və kültürlərinə görə ad seçməklərinə icazə verildiyi bildirilir”.

F.Yusifi qanunlar və etnik qrupların haqları ilə bağlı beynəlxalq bəyannamələrə istinad edərək oğlu üçün türk kültürünə uyğun və türkcə bir ad seçmək haqqına sahib olduğunu vurğulayıb: “Bunlar türkləri qeyri-iran adlanan yerli bilib, yabancı hesab edərək haqlarımızı danırlar. Ona görə də İran adlanan yerin qurumlarında qeyri-fars millətlərin uşaqlarının adı ilə bağlı fars dili ekspertlərinin qərar verməsinə etiraz edirəm”.

O, Azərbaycan vilayətləri və İran adlanan yerin başqa şəhərlərində bir çoxlarının da eyni problemlə üzləşdiyini və umumiyyətlə, uşaqları üçün başqa bir ad seçməyə məcbur qaldıqlarını söyləyib.

Qeyd edək ki, Tehran vilayətinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin (VVAQ) rəsmisi Davud Osalının imzasını daşıyan sənəddə qeyd olunub ki, Tehran vilayətinin ad komitəsi Firuz Yusifinin oğlu üçün Alporhan adının seçilməsinə icazə vermir. /Panoram.az/

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera