Ev / Okategoriserade / İran adlanan yerin Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib

İran adlanan yerin Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib

İran adlanan yerin Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, hadisə iyulun 29-da səfirliyin Səbail rayonunda yerləşən binasında qeydə alınıb. Səfirliyin əməkdaşı, 40 yaşlı Məhəmmədzadeh Əli Bulahi qəflətən dünyasını dəyişib. Hadisə yerinə təcilli tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi M. Əli Bulahi dünyasını dəyişib. Hadisə ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

APA-nın əldə etdiyi məlumata görə, M. Əli Bulahi İran adlanan yerin Azərbaycandakı səfirliyində idarə işçisi olub. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün səbəbləri məlum olacaq. Mərhumun meyitinin sabah İran adlanan yerə göndərilməsi planlaşdırılır. Faktla bağlı araşdırma aparılır.

Həmçinin bax!

Zakir Həsənov-Hulusi Akarı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı ...

Kommentera