Ev / Xəbərlər / Siyasi xəbərlər / İran adlanan yerdə azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

İran adlanan yerdə azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

İran adlanan yerdə azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, Fərzad Mədəzadə yanvarın 25-də 5 illik həbs cəzasını tamamladıqdan sonra Kərəc şəhərinin Rəcayişəhr həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı siyasi məhbus 2009-cu ilin fevralında bacısı Şəbnəm Mədədzadə ilə birlikdə həbs edilib və İran adlanan yerdəki mövcud hakimiyyətə müxalif İran Xalq Mücahidləri Təşkilatı (İXMT) ilə əlaqə saxlamaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı müharibə aparmaqda günahlandırıb. Onların bir qardaşı və bacısı da İXMT-nin İraqda vaxtilə mövcud olmuş “Əşrəf” düşərgəsində öldürülüb. Tehranın Evin zindanında on həftə təkadamlıq kamerada saxlanılmış azərbaycanlı siyasi məhbuslar onlara qarşı irəli sürülmüş bütün ittihamları rədd ediblər. Ancaq Tehran məhkəməsi onları sürgündə olmaqla 5 il həbs cəzasına məhkum edib. Ş.Mədədzadə İXMT ilə heç bir əlaqəsi olmadığını, onu yalnız həmin təşkilatın üzvü olan, İraqda mühacirətdə yaşayan və sonradan öldürülən bacı-qardaşına görə tutduqlarını bildirib. Tehran Pedaqoji Universitetinin tələbəsi olan 25 yaşlı məhbus 5 illik həbs cəzasını tamamladıqdan sonra yanvarın 21-də azadlığa buraxılıb. Ş.Mədədzadə azadlığa buraxıldıqdan sonra həbsdə qaldığı müddətin 88 gününü Evin zindanının ən ağır və sərt rejimi ilə tanınan 209-cu korpusunda təkadamlıq kamerada saxlandığını, orada müxtəlif psixi və fiziki işgəncələrə məruz qoyulduğunu bildirib.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera