Ev / Xəbərlər / Güney Azərbaycan / İran adlanan yerdə azərbaycanlı məhbusun əli kəsiləcək

İran adlanan yerdə azərbaycanlı məhbusun əli kəsiləcək

İran adlanan yerdə azərbaycanlı məhbus barəsində çıxarılmış dəhşətli hökm icra olunacaq. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi aşağı instansiya məhkəməsinin çıxardığı qərarı təsdiqləyib. 

Tehranda yaşayan Yaşar adlı azərbaycanlı şirniyyat dükanından pul oğurladığına görə ümumi məhkəmə tərəfindən onun barəsində İslam cəza qanununun 198 və 201-ci maddələrinə əsasən əlinin kəsilməsi hökmü çıxarılıb. Hökm məhkəmənin icra qurumu tərəfindən həyata keçiriləcək.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera