Ev / Xəbərlər / Güney Azərbaycan / “İran adlanan yerdə Azərbaycan türkcəsinin tədrisindən qorxurlar”

“İran adlanan yerdə Azərbaycan türkcəsinin tədrisindən qorxurlar”

Mahmud Əhmədinejad: ”Siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan türkcəsinin yayılmasından isə narahat olursunuz?”

Image İyunun 7-də İran adlanan yerin prezidenti Mahmud Əhmədinejad Təbrizə gəlib. ”Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edən dövlət başçısı Azərbaycanın İran adlanan yerin tarixindəki əhəmiyyətindən və Azərbaycan türkcəsinin zənginliyindən danışıb. www.D-A-K.org -un ”Mediaforum”a istinadən yaydığı məlumata görə, Azərbaycanın İran adlanan yerin müstəqilliyi və mədəniyyətinin inkişafı uğrunda fədakarlıq etmiş igidlər və mütəfəkkirlər diyarı olduğunu deyən Əhmədinejad vurğulayıb:

”Azərbaycan ədəbiyyatı və mədəniyyəti İran adlanan yerin xalqının, o cümlədən azad və ədalətpərvər xalqların misilsiz dəyərli xəzinəsidir”. çıxışının bir hissəsini Azərbaycan türkcəsində söyləyən Əhmədinejad bəzilərinin Azərbaycan türkcəsinin ali təhsil ocaqlarında tədris olunmasından qorxuya düşdüyünü də qeyd edib: ”Azərbaycan türkcəsi ən mükəmməl, zəngin, dolğun və gözəl dillərdən biridir. Bu dil əslində İran adlanan yerin xalqının mədəniyyətinin dayağıdır. Azərbaycan türkcəsi İran adlanan yerin mədəniyyətinin sərmayələrindən biridir. Elə buna görə də mən Ali Mədəni İnqilab Şurasındakı dost və həmkarlarımdan bu dilin qorunması və ali təhsil ocaqlarında tədris olunması üçün şərait yaradılmasını xahiş etmişəm. Əlbəttə, onlar bu dilin tədris olunmasından nigaran olduqlarını deyiblər. Mən isə onlara bildirdim ki, siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan türkcəsinin yayılmasından isə narahat olursunuz?” Qeyd edək ki, Əhmədinejad 8 il Ərdəbil vilayətinin ostandarı olduğundan Azərbaycan türkcəsilə yaxından tanışdır. İyunun 12-də İran adlanan yerdə prezident seçkisi keçiriləcək. Əhmədinejadın əsas rəqibi azərbaycanlı namizəd, keçmiş baş nazir Mirhüseyn Musəvidir. Mayın sonlarında İran adlanan yerin əyalətlərində fəaliyyət göstərən universitetlərdə qeyri-fars etnoslarının dilində, eləcə də Azərbaycan türkcəsində kurslar təşkil etmək barədə qərar qəbul edilib. Qərar prezident Əhmədnicadın sədrliyilə keçirilən Ali Mədəni İnqilab Şurasının iclasında qəbul olunub. Qərar ”Bölgə universitetlərində yerli dil və ədəbiyyat fənləri üzrə dərslərin təşkil olunmasına dair” adlanır.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera